Jan 6, 2013

Sosial Mediaya Fərqli Baxış


Son günlər içtimaiyyətdə və xüsusən  marketinq sferasında ən çox müzakirə olunan mövzulardan biri sosial medianın (sosial şəbəkə də deyirlər amma məncə bu ifadə bütün sosial media alətlərini özündə tam əks etdirə bilmir) istifadəçilərə təsiridir ki, bu yazımda da sosial media və istifadəçilər arasında qarşılıqlı əlaqəyə öz prizmamdan aydınlıq gətirməyə çalışacam. Bu mövzuda bir çox məqalələr və bloq yazıları yazılsa da, bəri başdan deyim ki, mən, yazımda əksər yazarların sosial medianın “mənfi” tərəfi kimi qabartdığı nüanslara qarşı alternativ fikrimi bildirməyə çalışacam.

Sosial media alətlərinin məşhurlaşmasına və bu qədər müzakirəyə yol açmasına əsas səbəb onun əksəriyyət tərəfindən istifadə olunmasıdır. Və bu istifadənin kökündə sosial medianın insanların özlərindən asılı olmadan vaz keçdikləri sosiallaşmanı onlara başqa formatda qaytarmasıdır. Axı nədir bu sosiallaşma?! Sosyallaşma - ətrafdakı insanlarla daim ünsiyyətdə olmaq istəyən hər bir insanın ehtiyacıdır. Yəqin ki, hər birimiz fərdin normal inkişafında vacibliyi qida və havadan heç də az olmayan sosyallaşmanın insan həyatındakı müstəsna rolunu bilirik. İndi isə bir qədər insanın həyatında vacib olan bu ehtiyacdan necə uzaqlaşması haqqında : əsası sənaye inqlabından sonra qoyulan “atom ailə”lər (kiçik, ətrafdakı ailələrlə az ünsiyyətda olan), 20ci əsrin sonlarında texnikanın inkişafı və iş həyatının sürətlənməsi ilə “atom insan”lara (ünsiyyətə daha az vaxt ayıran) dönüşməyə başladı. Çox böyük templə sürətlənən iş həyatına ayaq uydurmaq üçün insanlar, daha çox işləməyə, işdən sonrakı saatlarını da işləməsələr belə, iş  haqqında fikirləşməyə sərf etməyə başladılar. Və bunun nəticəsində sosyallaşmağa ayırdığı vaxtı azadlan amma yenə də  “dərdini bölüşdürmək” istəyən insanlar digər formatlara, platformalara - sosial media alətlərinə üz tutmağa başladılar. Bu platformanın üstünlüyü onda(dır) idi ki, kiminləsə söhbətləşmək üçün, yaşadığın yeri tərk etməyə ehtiyac yox(du) idi, bununla da artıq yola istifadə edəcəyin zamanı eyni anda bir neçə insanla, eyni və ya müxtəlif mövzuda müzakirə aparmağa xərcləyirdin(sən).
İndi isə keçək qabardılan “mənfi” nüanslara: sosial media ilə bağlı ən çox qabardılan məqamlardan biri,  insanların həyatını emosiyasız etdiyidir. Bu fikirlə bağlı onu deyə bilərəm ki, insanın emosiyalarının itməsi əslində sosial media ilə deyil, birbaşa texnikanın inkişafı ilə bağlıdır. Məsəslən, əvvəllər məktub var idisə, indi sms var. Həm məktub, həm sms alan insanlar smsin, məktub alarkən verdiyi həzzi qarşılamadığını deyirlər. Əvvəllər uşaq doğulanda hər kəs səbrsizliklə onun cinsinin nə olacağını gözləyirdi (xüsusən şərq ölkələrində atalar böyük səbrsizliklə oğlan uşağı gözləyirdilər J ), indi daha 4-5 aylıq dölün (bəlkə də daha erkən) hansı cinsə mənsub olduğu bilinir və bunun kimi onlarla başqa misallar gətirmək olar. Yəni həyatımızın emosiyasızlaşmasında sosial medianın “günahı” çox cüzi miqdardadır, türklər demiş bu qədər günahını almağa gərək yoxdu.
Son olaraq sosial medianın mənfi istiqamətdə qəbul edilməsində əsas səbəb kimi onun daha yeni olmasını görürəm. Geoffrey Moore öz “Crossing the Chasm : Marketing and Selling High-Tech Products to Mainstream Customers” kitabında yeni məhsul və fikirlərin kütlə tərəfindən hansı mərhələlərlə qəbul olunduğunu aşağıdakı cədvəllə uyğun izah edir.

Dünyada, sosial medianın ümumi mövqeyinin bu diaqram üzərində “erkən çoxluq “praqmatistlər”” üzərində yerləşdiyi fikrini yürütmək olar, ölkəmizdə isə sosial media istifadəçilərinin statistikasına əsaslanaraq 2-ci “dərhal mənimsəyənlər“ qrupuna daxil olduğumuzu söyləyə bilərəm, 3cü mərhələyə meçmək üçün 1 az zamana ehtiyacımız var.  Doğrudanda yeni fikir və məhsul böyük kütlələr tərəfindən çətinliklə qəbul olunur ki, sosial media da çətin qəbul olunan yeni fikirlərdən biridir. Ümumiyyətlə belə bir deyim var ki, “bütün bənzətmələr qüsurludur”, bu deyimlə situasiyadan və gətirilən bənzətmədən asılı olaraq bəzən daha çox, bəzənsə daha az razı oluram. Sosial media və yenilik məsələsinə bilmirəm nə qədər oxşar olacaq amma bir bənzətmə gətirmək istəyirəm. Deməli 1960-ci illərin sonunda Azərbaycan məktəblərində şagirdlərin ilk diyircəkli qələmlə tanışlıqları baş verir və başlayırlar ucudiyircəkli qələmlə yazmağa, bunu görən müəllimlər ucudiyircəkli qələmlərin istifadəsini qadağan edirlər, səbəb olaraq isə onu göstərirlər ki bu tip qələmlər xətti korlayır, hətta 1970-ci illərin sonuna kimi sinif  (bizim nəslin dili ilə desək “yoxlama yazı işi”) dəftərlərində qadağan olunur diyircəkli qələmlərin istifadəsi. Üzərindən heç 15 il keçməmiş bütün əli qələm tutan hər kəs diyircəkli qələm istifadə etməyə balayır. Yəni demək istədiyim odur ki, sosial media yeni məhsul olduğu üçün, xüsusən “gecikən çoxluq”, “konservativ”lər bunu asanlıqla qəbul etmək istəmirlər. Bunun hər kəs tərəfindən qəbul olunması üçün müəyyən zamana ehtiyac var ki, hamı adaptasiya olunsun, yeni, ənənəvi olmayan media növünə.

No comments:

Post a Comment